AZ

Ukraynada yarpaq TÖKÜMÜ - Bu nazirlər işdən çıxarıldı - SİYAHI - FOTO/VİDEO

Bu gün Ukraynada bir çox nazirlər işdən çıxarılıb. Bununla bağlı qızğın müzakirələr ölkənun qanunverici orqanı olan Ali Radada gedib.  

Bizim.Media xəbər verir ki, bu barədə UNİAN saytı yazıb.

Ukrayna Ali Radası Denis Malyuskanın Ukraynanın ədliyyə naziri vəzifəsindən istefasına səs verib. 249 xalq deputatı bu qərarın lehinə səs verib.

Üstəlik, Malyuska tribunaya çıxanda deputatlar onu uzun, gurultulu alqışlarla qarşılayıblar. 

Denis Malyuska


Ukraynalı diplomat Andriy Sibiqa hökumətdə kadr dəyişikliyindən sonra Dmitri Kulebanı xarici işlər naziri kimi əvəz edəcək. 

Adının gizli qalmasını istəyən mənbə deyib ki, çərşənbə günü istefa verən Kuleba indi Ukraynanın NATO ilə əlaqələrini gücləndirməyə diqqət yetirəcək, çünki müharibədən əziyyət çəkən ölkə bloka qoşulmağa çalışır.

Dmitri Kuleba


Hazırda Kulebanın Xarici İşlər Nazirliyində birinci müavini olan Sibiqa mahir diplomat kimi tanınır. O, bu il nazirliyə işə başlamazdan əvvəl Ukraynanın Türkiyədəki səfiri və Zelenskinin aparat rəhbərinin müavini vəzifələrində çalışıb.

Ukrayna Ali Radası Ruslan Streletsin Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri vəzifəsindən istefasına səs verib. Bu qərarın lehinə 244 xalq deputatı səs verib.

Ruslan Strelets


Ukrayna Ali Radası Olqa Stefanişinanın Avropa və Avro-Atlantik inteqrasiya üzrə baş nazirin müavini vəzifəsindən azad edilməsinə səs verib. Bu qərarı 241 xalq deputatı dəstəkləyib.

Olqa Stefanişina


Ali Rada strateji sənaye naziri Aleksandr Kamışini də vəzifəsindən azad etmək qərarına gəlib. Nazirin işdən çıxarılmasına 243 deputat səs verib.

Aleksandr Kamışin


Ukrayna Ali Radası Vitali Kovalın Ukrayna Dövlət Əmlak Fondunun sədri vəzifəsindən istefasına səs verə bilməyib. 

Vitali Koval


Eyni zamanda qanunverici orqan İrina Vereşçukun Ukrayna baş nazirinin müavini - Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir vəzifəsindən istefasını dəstəkləməyib. 

İrina Vereşçuk


Ukrayna prezidenti Volodimir Zelenski Nazirlər Kabinetində baş verənlərə münasibət bildirib. Ukrayna liderinin sözlərinə görə, işdən çıxarılmalar dövlətin müxtəlif sahələrinin güclənməsi üçün lazımdır. 

O, bu barədə Kiyevdə İrlandiyanın baş naziri Saymon Harrislə mətbuata birgə bəyanatı zamanı danışıb.

“Mən artıq Nazirlər Kabinetinin, bir çox nazirliklərin yenidən işə salınması barədə danışmışam. Dörd il yarım (bəziləri 5 il nazir olub) Ukrayna üçün və ukraynalılar naminə işləyən nazirlərə və Nazirlər Kabinetinin bütün komandasına çox minnətdaram", - dövlət başçısı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Volodimir Zelenski qeyd edib ki, bu gün bizə yeni enerji lazımdır. 

Eyni zamanda prezident əlavə edib ki, bu gün işdən çıxarılan nazirlərin  sonra konkret nə edəcəyini hələ bilmir:

“Onlara müəyyən vəzifələr təklif olunacaq".


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
bizim.media

10Mənbələr