AZ

İllər sonra Türkiyəyə qaytarılan sərvət - FOTO

Türkiyədən qaçaqmalçılıq yolu ilə gətirilən və ABŞ-nin Boston şəhərindəki bir muzeydə uzun illər sərgilənən Lidiya dövrünə aid təxminən 2500 illik qızıl boyunbağıTürkiyə rəsmilərinə təhvil verilib.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi uzunbaraşdırmalar nəticəsində 1982-ci ildə "Boston Gözəl Sənətlər Muzeyi"nin kolleksiyasına daxil olan qızıl boyunbağının Manisanın Bintepelər kimi tanınan nekropol sahəsinə aid olduğunu müəyyən edib. Nazirlik tərəfindən aparılan arxiv araşdırması nəticəsində məlum olub ki, boyunbağı 1970-ci illərdə Bintəpələr bölgəsindən qeyri-qanuni şəkildə qazılaraq xaricə aparılıb. Bu məlumatdan sonra Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ötən il Türkiyənin Bostondakı Baş Konsulluğu vasitəsilə bu əsərin "Boston Gözəl Sənətlər Muzeyin"dən geri qaytarılmasını istəyib. Qeyd edək ki, böyük əhəmiyyət kəsb edən tarixi əsərin təhvil-təslim mərasimində Türkiyənin Boston Baş konsulu Murat Uğurluoğlu, Türkiyənin Nyu-Yorkdaki səfiri Hilal Demirəl və "Boston Gözəl Sənətlər Muzeyi"nin rəsmiləri iştirak ediblər. ABD ABD  

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
manset.az

1Mənbələr