AZ

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu cərimələnə bilər

"V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu" publik hüquqi şəxsi ərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Proktokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakim Rəşad Cavadzadənin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, bu xətaya görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
e-huquq.az

2Mənbələr