AZ

Şəhid və qazi övladları ilə görüş

Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin və qazilərin ailələrinə, övladlarına  yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini yeni tədris ilinin başlaması münasibətilə məktəbli şəhid və qazi övladları ilə görüşüblər.

Görüşdə dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan, uşaqların qayğısız böyümələri və təhsil almaları üçün dövlətimizin dəstəyindən söhbət açılıb. Şəhid və qazilərin məktəbli övladlarına yeni tədris ilində uğurlar azulayıblar.

Artıq ənənə halını alan görüş uşaqların sevincinə səbəb olub. ŞİH-nin başçısı və Baş Konsul tərəfindən uşaqlara məktəb ləvazimatları, Türkiyə-Azərbaycan bayraqları həkk olunmuş və adları yazılmış xatirə hədiyyələri təqdim edilib.

Valideynlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, məmnunluqlarını ifadə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
23
naftalan-ih.gov.az

10Mənbələr