AZ

Gürcüstanın baş nazirindən müxalifətə ittiham: Seçkilərdən sonra iğtişaşlara hazırlaşırlar

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, müxalifət oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra iğtişaşlar yaratmağa cəhd edəcək.

Publika.az vesti.ru-ya istinadən xəbər verir ki, Kobaxidze “Onlar bir daha seçkinin nəticələrini tanımayacaq, dövlət institutlarına hücum və ölkədə iğtişaşlar yaratmağa çalışacaqlar”, - deyə brifinqdə bildirib.

Baş nazir həmçinin qeyd edib ki, seçkilərdən əvvəl və ya sonra vəziyyəti pozmaq cəhdləri qanunun tam sərtliyi ilə yatırılacaq. Kobaxidzenin sözlərinə görə, Gürcüstan hökuməti ölkədə iğtişaşlar törətməyə çalışan qüvvələri yatırtmaq iqtidarındadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
publika.az

1Mənbələr