Paralimpiya çempionumuz Lamiyə Vəliyeva türkiyəli atıcı Yusuf Dikeç məşhur hərəkətini təkrarlayıb.
"Unikal" xəbər verir ki, o, çempion olduqdan sonra Yusuf Dikeçin "əli cibində atəş açma" hərəkətini edib.
Bu hərəkətinə görə türkiyəli atıcı Yusuf Dikeç ona təşəkkür edərək təbrik edib.
Qeyd edək ki, Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan paratleti Lamiyə Vəliyeva qızıl medal qazanıb.
Zərifə Nağıyeva