AZ

Azərbaycan səfirliyi Moskvadan deportasiya olunanVƏTƏNDAŞLARIMIZINTALEYİ HAQDA

İkinci gündür Domodedovo hava limanında olan 21 azərbaycanlının taleyi ilə bağlı vəziyyətin aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun tapşırığı ilə səfirliyin konsulu hava limanına göndərilib.

 

Senzor.az bildirir ki, Azərbaycanın Rusiyadakı səfirliyindən haqqin.az-a verilən məlumata görə, deportasiya edilən 21 nəfərdən yalnız 4-nün Azərbaycan Respublikasının vətəndaşı olduğu və Rusiya Federasiyasının miqrasiya qanunvericiliyini pozduqlarına görə deportasiya edilməli olduğu məlum olub.

 

Mövcud Rusiya qanunvericiliyinə görə isə, ölkədən məcburi qovulma şəklində cəzanın icrası məqsədi ilə deportasiya gözləyənlərin ictimai yerlərdə qandallanması tələb olunur.

 

Səfirliyin konsulu hava limanında deportasiya olunanları müşayiət edən məhkəmə icraçılarının rəhbərliyi və Domodedovo administrasiyasının nümayəndələri ilə görüşlər keçirib.

 

4 Azərbaycan vətəndaşı hazırda ehtiyac duyduqları hər şeylə təmin olunub və AZAL Hava Yollarının Bakıya uçmaq üçün növbəti reysini gözləyir.

 

**14:51


Sosial şəbəkələrdə bir qrup Azərbaycan vətəndaşının Moskvanın Domodedovo hava limanında qandallı saxlanması ilə bağlı məlumatlar yayılıb. 

 

Senzor.az bildirir ki, bu barədə haqqin.az portalı məlumat yayıb.

 

Qeyd olunur ki, deportasiyaya məruz qalan 21 vətəndaş dünəndən hava limanında saxlanılır, onlara yemək və su verilmir, tualetə belə buraxmırlar. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları isə hiddətlənənləri elektroşokla döyür və təhqir edirlər.

 

Məlumatla bağlı haqqin.az Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlayıb. Diplomatik nümayəndəlikdən bildirilib ki, konsul Ramin Səlimxanov portaldan məlumat aldıqdan sonra araşdırma aparmaq üçün dərhal hava limanına gedib.

 

Haqqin.az yaxın vaxtlarda təfərrüatları dərc edəcək.


Senzor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
senzor.az

1Mənbələr