AZ

Ukraynanın istefa vermiş XİN başçısı bu sahədə çalışacaq

Ukraynanın istefa vermiş xarici işlər naziri Dmitri Kuleba gələcəkdə Kiyev və NATO arasında əlaqələrin möhkəmləndirilməsi üzərində işləyəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Kulebanın yerini böyük ehtimalla, müavini Andrey Sibiqa tutacaq.

Nazirin özü Ukraynanın NATO ilə əlaqələrinin möhkəmləndirilməsinə diqqət yetirəcək.

“Bloomberg” yazır ki, Kuleba əvvəllər Ukrayna prezidenti Vladimir Zelenskinin NATO və Aİ-yə yol açmaq səylərinin ictimai siması olub və ABŞ dövlət katibi Entoni Blinken və onun digər ittifaq ölkələrdən olan həmkarları ilə danışıqlarda əhəmiyyətli təcrübəyə malikdir.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
42
azpost.info

7Mənbələr