AZ

Gürcüstan oktyabrın 26-da nəyə hazırlaşır?

Gürcüstan təkcə parlament seçkilərinə yox, həm də ixtişaşlara hazırlaşır. Təsadüfi deyil ki, Gürcüstanın baş naziri müxalifətin seçkilərdən sonra iğtişaşlar təşkil etmək planlarını açıqlayıb. O, vəziyyəti sabitləşdirmək cəhdlərinə görə müxalifətin cəzalandırılacaqları barədə xəbərdarlıq edib. İrakli Kobaxidze oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra müxalifətin iğtişaşlar təşkil etmək planlarından danışıb. Hökumət başçısı qeyd edib ki, müxalifət qələbəyə ümidi olmadığından seçkilərdən sonra Gürcüstanda vəziyyəti gərginləşdirmək niyyətindədir:

“Onlar “Gürcü arzusu qalib gəlsə” sözlərini lüğətlərindən çıxarıb və daim “Gürcü arzusu seçkiləri saxtalaşdırsa” deyirlər”.

Baş nazir bildirib ki, müxalifət növbəti dəfə seçkilərin nəticələrini tanımayacaq və bütün ölkəni iğtişaşlara və dövlət qurumlarına hücumlara yönəldəcək.

Bununla yanaşı, Kobaxidze xəbərdarlıq edib ki, ölkədə sabitliyi pozmağa yönəlmiş istənilən cəhdlər ciddi şəkildə yatırılacaq. O əlavə edib ki, Gürcüstan təxribatların qarşısını almaq üçün bütün imkanlara malikdir.

Bundan əlavə, Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, seçki kampaniyası sakit şəraitdə keçirilir, heç bir ciddi qanun pozuntusu yoxdur.

Bəs, seçkilərdən sonra müxalifətdən nə gözləmək olar?

Gürcüstanın İdarəetmə Strategiya İnstitutunun rəhbəri Petre Mamradze müsahibəsində əmin olduğunu bildirib ki, bu parlament seçkilərindən sonra müxalifətin təşkil etdiyi iğtişaşların miqyası 2020-ci il seçkilərindən sonra etirazların miqyasını xeyli ötəcək:

“Prinsipcə, müxalifətin təşkil etdiyi iğtişaşlar çox uzağa gedə bilər. Çünki onlar artıq müxalifət deyil, anti-milli qüvvələrdir. Öz ölkəsinin milli, dövlət maraqlarına sadiq olan siyasi qrupların və siyasətçilər bu maraqlara qarşı çıxanda artıq onları müxalifət adlandıra bilməzsiniz. insanlar kütləvi şəkildə bunun əleyhinə səs verəcək və buna görə də nəticələr açıqlanandan sonra yalnız etiraz yolu qalacaq”.

“Onların artıq aydın planı var: artıq seçkinin nəticələri elan olunan gün, bu qrupların qərbli ekspert lobbiçilərinin tövsiyələrinə uyğun olaraq, Qərb liderləri Gürcüstandakı seçkilərdə kütləvi saxtakarlıqların və seçkilərin qəsb edildiyini elan edəcəklər. Bundan sonra dərhal etirazların təşkili başlayacaq. Qərb Gürcüstanla Belarus və Venesuela ilə eyni münasibətlər rejiminə keçəcək. Mixail Saakaşvili isə bütün vətəndaşları küçələrə səsləyərək dağılmamağa çağıracaq”, - deyə Petre Mamradze vurğulayıb. .

News365.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
news365.az

1Mənbələr