AZ

Yosun çayı futbol meydançasına bənzətdi

Serbiyada yüksək temperatur və tullantı suları səbəbiylə yosunların üzə çıxdığı Sava çayı fərqli görkəm alıb.

Publika.az xəbər verir ki, yosunlara görə səthinin yaşıl rəng aldığı çayı görənlər gözlərinə inanmayıb.

Çay bu görünüşü ilə görənlərə futbol meydançasını xatırladıb.

Sava çayı Sloveniya, Bosniya və Herseqovina və Xorvatiya ərazilərindən keçir. Çayın Serbiyadakı Çukarika qolunun səthində mövsümi temperatur və çirkab suları səbəbindən müəyyən dövrlərdə bu cür təbəqə yaranır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
publika.az

1Mənbələr