AZ

Biz fəlakəti sakitliklə gözləyən ilk dövlət olcağıq - Ovanesyan 

“Necə oldu ki, müstəqil dövlətin mövcudluğunun 33-cü ilində siyasi-ictimai proseslərə bir din xadimi rəhbərlik edir? Bu, dövlətin dərin uğursuzluqlarından xəbər verir. Axı indiyədək lazımi siyasi institutları, siyasi mübarizə ənənələrini, ictimai həyat-debat-yanaşma normalarını formalaşdırmağa kifayət qədər vaxt var idi. Formal olaraq bizdə hər şey var idi: Konstitusiya, qanunlar, hökumət strukturları, partiyalar, proqramlar, təhlükəsizlik konsepsiyası, milli arzu, bəyan edilmiş məqsədlər və s. Və birdən məlum oldu ki, bunların hamısı uydurmadır".

Ölkə.Az xəbər verir ki, bu barədə siyasi ekspert Vahe Ovanesyan “Facebook” səhifəsində yazıb.

O deyib ki, erməniləri öz ölkələrində etnik təmizləmə aparmaq, dövlətçiliklərini məhv etmək təhlükəsi gözləyir:
"İşlərin yarısı bitib, davam etməyə hazırlaşırlar.

Biz sülh şəraitində işləyən parlament və formal olaraq mövcud olan siyasi institutlar şəraitində fəlakəti görən və onu sakitliklə gözləyən ilk dövlət olacağıq".

Mürtəza
Ölkə.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
olke.az

1Mənbələr