Avrozona iqtisadiyyatı avqust ayında xidmət sektorunda canlanma ilə əlaqədar artım göstərib.

İndex.az xəbər verir ki, iyul ayında 50,2 olan artım göstəricisi avqust ayında 51-ə yüksəlib.

Avqust ayında xidmət sektoru üzə artım göstəricisi isə 1 bal artaraq 51,9-dan 52,9-a çatıb.

Bu göstərici isə son 3 ayın ən yüksək həddidir.