AZ

İsraili dəstəkləmək topalın üstünə mərc edib atı itirməkdir – İran XİN

“İsrailin başqa dövlətlər tərəfindən dəstəklənməsi topalın üstünə mərc edib atı itirmək kimidir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib:

“Qəzzə zolağına qarşı 11 aylıq hərtərəfli müharibədən, 41 mindən çox fələstinlinin öldürülməsindən sonra sionist liderlər arasında fikir ayrılıqları pik həddə çatıb. Cəmiyyətdə ümumi etirazlar və tətillər misli görünməmiş miqyas alıb. Fələstinlilərə qarşı törətdikləri cinayətlərdə onlara dəstək vermək, hüquqi və beynəlxalq məsuliyyətdən əlavə, topalın üstünə mərc edib atı itirməkdir”.

Onun vurğulayıb ki, İsrail cəmiyyəti ilə isteblişment arasında parçalanma gündən-günə daha da güclənəcək.

Aygün,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
konkret.az

1Mənbələr