"Komanda tam komplektləşib. Növbəti transferi artıq ikinci dövrədə etməyi düşünürük".

Bu sözləri Offsideplus.az-a açıqlamasında I Liqada çıxış edən "İmişli"nin icraçı direktoru Aqşin Mürsəlov bildirdi. 

Klub rəsmisi kollektivlərinin çempionatı birinci pillədə bitirəcəyinə inanır:

"Komandamızın elitaya yüksəlmək potensialı var. Çempion olacağımıza inanıram. Ötən mövsüm özlərini ən yaxşı tərəfdən göstərən futbolçuları transfer etmişik".

A.Mürsəlov bölgə təmsilçisinin ev oyunlarını növbəti aydan İmişlidə keçirə bilcəyini qeyd etdi:

"Stadionun oktyabrın ortalarına qədər hazır olacağını düşünürük. İşlər başa çatdıqdan sonra PFL baxış keçirəcək və uyğun görülərsə, oyunları İmişlidə keçirəcəyik".