AZ

"KTMT çərçivəsində Ermənistanla tərəfdaşlığın bərpasına ümid edirik" - Zaxarova

"Rusiya KTMT çərçivəsində Ermənistanla tərəfdaşlığın bərpasına ümid edir".

 

Sfera.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

 

"Ümid edirik ki, Ermənistanın özünün və bütün regionun gələcək təhlükəsizliyi naminə KTMT çərçivəsində Ermənistanla tərəfdaşlığımız yenilənəcək", - Zaxarova brifinqdə qeyd edib.

 

Xatırladaq ki, fevralda İrəvan KTMT-də iştirakını dondurduğunu elan edib. Qərar Ermənistan hakimiyyətinin təşkilatı və Rusiyanı 2020-ci və 2023-cü illərdə Azərbaycanla münaqişənin kəskinləşməsindən, habelə sərhəd toqquşmalarından sonrakı dövrdə öz öhdəliklərini yerinə yetirməməkdə dəfələrlə ittiham etməsi əsasında qəbul edilib. Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, təşkilat Ermənistanın təhlükəsizliyi üçün problemlər yaradır və üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Martda isə Paşinyan Ermənistanın təşkilatdan çıxma ehtimalını inkar etməyib.

 

Əzizə Zeynal 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
sfera.az

1Mənbələr