AZ

Günelin hovuzdan VİDEOSU yayıldı

Sosial şəbəkələrdə yayılan video hiddət doğurub.

Publika.az xəbər verir ki, videoda israilli hərbçinin sevgilisinə hədiyyə olaraq Qəzzaya bomba atması əks olunub.

Hərbçi öz dili ilə "bu atış da sənin üçündür, sevgilim, bunu sənə görə heç kim etməz, sənə görə Qəzzanı vururam" deyərək atış həyata keçirib.

Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan "İzzəddin əl-Kassam" briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb. O gündən-bugünə hələ də döyüşlər davam edir. (milli.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
publika.az

1Mənbələr