AZ

Erməni əsgərin ölümü ilə bağlı onun xidmət yoldaşı saxlanılıb

Ermənistanda hərbçi Edqar Aleksanyanın ölümü ilə bağlı başlanan cinayət işində onun əsgər yoldaşı saxlanılıb.

Oxu.Az bu barədə Ermənistan mediasına istinadən məlumat verir.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi sentyabrın 2-də hərbi hissələrdən birinin mühafizə zolağında üzərində güllə yarası olan hərbçinin meyitinin tapılması barədə məlumat yayıb.

İlkin məlumatlara görə, E.Aleksanyan intihar edib. Çənə nahiyəsindən güllə yarası olan hərbçinin özünə atəş açdığı bildirilib.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
oxu.az

3Mənbələr