AZ

”Bakı və İrəvan sülh müqaviləsində Almatı Bəyannaməsini əsas tutmağa razılaşıb” - Erməni deputat

“Mən sülh müqaviləsinin ümumi müddəaları ilə tanışam və həmin maddələrdən hansının tam razılaşdırıldığı, hansının razılaşdırılmadığı barədə heç bir məlumat verməyəcəm”.

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan məlumat yayıb.

"Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, Almatı Bəyannaməsi sərhədlərin delimitasiyası prosesi üçün əsas olmalıdır və bu reqlamentdə nəzərdə tutulmuşdur”, - deyə siyasətçi vurğulayıb.

Xandanyan qeyd edib ki, hər iki tərəf sülh müqaviləsində 1991-ci il Almatı Bəyannaməsini nəzərdə tutmaq barədə razılığa gəliblər.

"Bu, siyasi müstəvidə baş verib və sənəddə də razılaşdırılıb. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu belə qalmalıdır", - deyə siyasətçi əlavə edib.

 

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
missiya.az

1Mənbələr