AZ

MDB-dən olan 300 muzdlu "qara siyahı"ya düşdü

MDB ölkələrindən olan 300-dən çox muzdlu “Ukraynayönlü millətçi birləşmələrin” bir hissəsi kimi tanınıb. 

News365.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu MDB Antiterror Mərkəzinin (ATÇ) rəhbəri Yevgeni Sısoyev deyib.

“Birlik ölkələrindən olan 300-dən çox yaraqlının Ukraynayönlü millətçi birləşmələrin bir hissəsi olduğu müəyyən edilib”,- o, terrorizm və ekstremizmə qarşı mübarizə üzrə MDB və ŞƏT-in birgə konfransında bildirib.

Onun sözlərinə görə, onlar Mərkəzi Asiyadan Fələstinə gedən mühacirlər kimi, sonradan əldə etdikləri döyüş təcrübəsindən öz ölkələrində istifadə edə bilərlər.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

News365.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
news365.az

1Mənbələr