AZ

Od yağdıran "Drakon" - Ukrayna yeni PUA-nı nümayiş etdirib

Hurriyyet.az xəbər verir ki, Ukrayna hərbçiləri "Drakon" adlı yeni drondan istifadə eləməyə başlayıblar. "Bild" nəşrinin yazdığına görə, yeni PUA Rusiya mövqelərinə termit (yanarkən çox şiddətli hərarət verən toz şəklində yanar maddə) - dəmir ilə alüminium qarışığı atır. Bu dron partlayıcı maddələr yox, "odlu yağış" yağdıraraq düşmənin ərazisini və silahlarını yandırır. Termitin yanma temperaturu 2500 dərəcəyə çatır. Bu, metal obyektləri və silah-sursatı tez məhv eləmək imkanı yaradır.

Ukrayna hərbçilərinin paylaşdıqları videoda deronun Rusiya tərəfindən yanğınlar törətdiyi görünür.

Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
hurriyyet.az

1Mənbələr