AZ

“Dehli Zelenskinin danışıqlar planından xəbərsizdir”

“Dehli Volodimir Zelenskinin Ukraynadakı münaqişənin həlli üzrə danışıqlar planından xəbərsizdir”

Medianews.az xarici RİA Novosti-ya istinad edərək xəbər verir ki, bunu Hindistanın Rusiyadakı səfiri Vinay Kumar Şərq İqtisadi Forumu (EEF) çərçivəsində bildirib.

Kumar Zelenskinin noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərindən əvvəl danışıqlar aparmaq planı ilə bağlı Bloomberg xəbərinə münasibət bildirib.

Diplomat Hindistan Xarici İşlər Nazirliyinin belə bir plan hazırlamasından xəbərsiz olduğunu bildirib.

“Mənim belə təkliflərdən və ya belə bir ehtimalın nəzərdən keçirildiyindən xəbərim yoxdur”, – deyə səfir vurğulayıb.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
medianews.az

1Mənbələr