AZ

Alimlər insan beynində mikroplastiklər tapıblar

İnsan beynində digər orqanlara nisbətən daha çox mikroplastik var.

Medianews.az xəbər verir ki, bu nəticəyə The Hill tərəfindən nəşr olunan araşdırmanın müəllifləri gəliblər.

Tədqiqatçılar ABŞ-ın Nyu-Meksiko ştatında 2016-2024-cü illərdə donorlardan toplanmış qaraciyər, böyrək və beyinləri tədqiq ediblər.

Beyin toxuması nümunələri abstrakt düşüncə, yaradıcılıq, nəzarət və vaxtında reaksiya üçün cavabdeh olan prefrontal korteksdən götürülüb.

45-50 yaşlı müasir insanın beyin nümunəsinin bir qramında 4,8 mikroqram plastik aşkar olunub.

Bu, 2016-cı ildə donordan alınan beyindən təxminən yarısı qədərdir. Tədqiq edilən digər orqanlarda plastik miqdarı artıb. Nümunələrin əksəriyyətində qablaşdırma, çanta, qida qabları və oyuncaqların hazırlanmasında istifadə olunan polietilen olub.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
medianews.az

1Mənbələr