AZ

Misir Prezidenti Türkiyədə səfərdədir


Misir Prezidenti Əbdülfəttah əs-Sisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfər edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Ərdoğanın 14 fevral 2024-cü il tarixdə Qahirəyə səfəri zamanı imzalanan Birgə Bəyannaməyə uyğun olaraq yenidən qurulan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.
İclas iki ölkə prezidentlərinin sədrliyi ilə baş tutacaq.
Şuranın iclasında Türkiyə-Misir münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, həmçinin, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün gələcəkdə atılacaq birgə addımlar müzakirə olunacaq.
İclasda ikitərəfli münasibətlərlə yanaşı, Qəzza və işğal olunmuş Fələstin torpaqlarında baş verən İsrail hücumları, həmçinin aktual regional və qlobal problemlərlə bağlı fikir mübadiləsi aparılacaq.
İclas çərçivəsində bir sıra sahələr üzrə sənədlərin imzalanması gözlənilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
2
yeniavaz.com

3Mənbələr