AZ

"Nyukasl"ın müdafiəçisi Azərbaycanla matça gəlməyəcək

Millətlər Liqasının C1 qrupunda Azərbaycan yığması ilə Bakıda keçiriləcək oyun öncəsi İsveç komandasında dəyişiklik olub.

Sportinfo.az xəbər verir ki, yüngül zədəsi olan "Nyukasl"ın müdafiəçisi Emil Kraft millimizlə matçda meydana çıxmayacaq.

Onun əvəzinə İsveç millisinin düşərgəsinə Bolqarıstanın "Ludoqorets" klubundan Edvin Kurtuluş dəvət olunub.

Azərbaycan - İsveç matçı sentyabrın 5-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 20:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
43
sportinfo.az

10Mənbələr