AZ

Ceyhun Sultanov “Qarabağ”ın yeni transferi barədə danışıb

"Aleksey Kaşuk gizli qutu deyil. Hansı keyfiyyətə malik futbolçu olduğunu bilir, yaxşı tanıyırıq. "Sabah"da yaxşı performansı ilə diqqət çəkmişdi". Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.
 
Veteran futbolçu Aleksey Kaşukun "Qarabağ"a keçidini dəyərləndirib, ukraynalı futbolçunun ağdamlılara faydalı olub-olmayacağı ilə bağlı fikirlərini bölüşüb: "Komandadan, komandaya fərq var. Ukraynalının Ağdam təmsilçisində indidən necə çıxış edəcəyini demək çətindi. Qurban Qurbanovun komandasında sol ayaqlı vinger çatışmazlığı var idi. Kaşuk üzərində çalışsa və "Sabah"da olduğundan daha üstün formaya düşsə "Qarabağ"a fayda verəcək. Qurban müəllim onda nəsə görüb ki, yanına gətirib. Zənnimcə, ağdamlılar Kaşukun keçidindən xeyir görəcəklər".  
 
Qeyd edək ki, Ağdam təmsilçisi dünən yeni transferi Aleksey Kaşuku ictimaiyyətə təqdim edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
sport24.az

1Mənbələr