AZ

Kuleba istefa verib

Yayımlandı: 4 Sentyabr 2024 12:41 Müraciətə parlamentin plenar iclasında baxılacaq Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib. Bu barədə sentyabrın 4-də Ali Radanın sədri Ruslan Stefançuk özünün “Facebook” səhifəsində məlumat verib. “Ukrayna Ali Radası Ukraynanın Xarici İşlər Naziri Dmitri Kulebadan istefa məktubu alıb”, – deyə Stefançuk bildirib. Parlament sədri əlavə edib ki, müraciətə növbəti plenar iclasların birində baxılacaq. Foto: Ruslan Stefançukun “Facebook” səhifəsindən Dmitri Kuleba özü istefası ilə bağlı açıqlama verməyib. D.Kuleba 2020-ci ilin martından xarici işlər naziri vəzifəsində çalışır. Sentyabrın 3-də Ukraynanın üç nazir və iki baş nazirin müavini istefa verib, strateji sənayelər naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets, həmçinin Baş nazirin Avropa inteqrasiyası üzrə müavini Olqa Stefanişina və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
xural.com

2Mənbələr