AZ

18 ölkənin gənc liderləri COP29-a beynəlxalq ictimai dəstək üçün Bakıda toplanacaq

Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi, “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin (ADTGT) təşkilatçılığı və AR Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə 09-13 sentyabr 2024-cü il tarixlərində Bakı şəhərində “Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumu keçiriləcəkdir.

18 ölkənin 22 gənc liderinin, gənclərlə işləyən QHT rəhbərləri və eləcədə ölkəmizin 60-dan artıq gənclər təşkilatı rəhbərlərinin və hökumət strukturu təmsilçiləri, ekspert və digər qonaqların iştirakı ilə beynəlxalq tədbirin plenar açılışı 10 sentyabr 2024-cü ildə Bakı Konqres Mərkəzində olacaqdır.

Fransa, Finlandiya, Danimarka, Norveç, İspaniya, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Polşa, Latviya, Litva, Türkiyə, Moldova, Rusiya, Ukrayna, Gürcüstan və Qazaxıstanı təmsil edən fəal gənc liderlər, gənclər QHT rəhbərləri, ekspert və mütəxəssislər 4 gün ərzində Azərbaycandan olan həmkarları ilə birlikdə qlobal ətraf mühit, iqlim dəyişikliyi problemləri, onunla mübarizə, eko könüllülüyün genişləndirilməsi, yaşıl dünyanın təşviqi və yaşıl iştirakçılıq sahəsində əməkdaşlıq, mübadilə və şəbəkələşmə imkanları, COP29-a beynəlxalq ictimai dəstək, Azərbaycanın yaşıl dünya naminə qlobal təşəbbüslərinin yayılması mövzularında panel müzakirələri təşkil edəcək, rəsmi qurumlarla və QHT koalisiyaları ilə görüşlər keçirəcək və bu istiqamətdə davamlı fəaliyyətlər üçün çağırışlar ediləcəkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
24
aznews.az

10Mənbələr