AZ

"Bir müddət öncə Avropa çempionu olsam da..." - Daniel Olmo

"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmo "Marca"ya açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, Kataloniya təmsilçisinin bu yay "Leyptsiq"dən transfer etdiyi Avropa çempionu belə danışıb:

"Bir müddət öncə Avropa çempionu olsam da, qələbələrdən doymamışam. Qalib gəlmək və yenə qalib gəlmək istəyirəm. Futbolçu qələbə aclığı hissini itirməməlidir. Komandamızdakı bütün oyunçular yeni mükafat qazanmaq istəyirlər".

Xatırladaq ki, "Barselona" 26 yaşlı Olmonun transferi üçün Almaniya klubuna 55 milyon avro ödəyib. Eləcə də "Leyptsiq"in bu keçiddən müxtəlif bonuslar qazanmaq ehtimalı var.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
fanat.az

1Mənbələr