AZ

Məşhur qapıçının yeni klubu müəyyənləşdi

style='margin-bottom:10px;'>

Meksika millisinin qapıçısı Gilyerme Oçoanın yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, 39 yaşlı qolkiper Portuqaliyanın yüksək liqa təmsilçisi AVS-ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tanınmış qapıçı yeni klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Son olaraq “Salernitada”da çıxış edən Oçoa AVS-ə azad agent kimi keçib.

Qeyd edək ki, Gilyerme Oçoa 2005-ci ildən Meksika millisinin heyətində 150 oyuna çıxıb. O, “Ayaçço” (Fransa), “Malaqa” (İspaniya), “Qranada” (İspaniya), “Standard” (Belçika) kimi klublarda da oynayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
teleqraf.com

2Mənbələr