AZ

İnsanı vaxtından əvvəl qocaldan vərdiş

İnsanı vaxtından əvvəl qocaldan və qırışların yaranmasına səbəb olan vərdişlər var. 

“Cebheinfo.az” “Gazeta.ru”-ya istinadən xəbər verir ki, bu barədə britaniyalı dermatoloq Castin Hekstall danışıb.

Həkim qeyd edib ki, veyp və ya elektron siqaretdən istifadə dərinin elastikliyini itirməyə və yaşla bağlı dəyişikliklərin erkən görünməsinə səbəb olur. Bu pis vərdiş bütün birləşdirici toxumaların möhkəmliyini və elastikliyini təmin edən kollagenin istehsalını azaldır. O çatışmayanda dəri elastikliyini itirir və qırışların əmələ gəlməsinə meyilli olur.

Həkimin sözlərinə görə, elektron siqaretin tərkibindəki nikotin orqanizmə daxil olduqda damarları daraldır və dəriyə qan axınını azaldır. Zəif qan axını səbəbindən hüceyrələrə daha az oksigen və əsas qidalar çatır. Bu da insanı qocaldır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
cebheinfo.az

1Mənbələr