AZ

Məhkəmə bəraət verdi, Baş Prokurorluq isə şikayətçi oldu - Açıqlama

Vətəndaş Azər İsmayılovun barəsində hökmdən apellyasiya protesti verilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, bəzi sosial media səhifələrində İsmayılov Azər Sərhəd oğlu barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən bəraət hökmü çıxarılması barədə məlumatlar yayılıb. “Bildiririk ki, Azər İsmayılovun Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Binəqədi Rayon Polis İdarəsində istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2024-cü il tarixli hökmü ilə Azər İsmayılova bəraət verilib, qeyd edilən bəraət hökmündən sentyabrın 3-də dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilib” – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Azər İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, iş üzrə 8 zərərçəkmiş var və onlara dəyən ziyanın ümumi miqdarı 1 milyon 200 min manatdan artıqdır. Belə ki, Azər İsmayılov xarici ölkələrdən ölkəmizə ət və ət məhsullarının tədarükü ilə məşğul olub.


Müəllif: Hacı Zeynalov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
15
teleqraf.com

10Mənbələr