AZ

Təyyarədə zarafat - Yeniyetməni 18,4 milyon tenge cərimə gözləyir

Almatı-Uralsk reysi ilə uçan sərnişin pis zarafat edərək hava limanının təhlükəsizlik xidmətini təşvişə salıb.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, İnternetdə yayılan videoda gənc oğlanın təyyarənin girişində ağladığı, daha sonra təhlükəsizlik işçilərinin, polis əməkdaşlarının və it baxıcısının təyyarəyə yaxınlaşdığı görünür.

Videonun müəllifi oğlanın zarafat etdiyini, nəticədə təyyarənin uçuşunun bir saat gecikdiyini bildirib.
“Stüardessa çantada nə olduğunu soruşub, oğlan zarafat etmək qərarına gəlib və qadağan olunmuş sözlə cavab verib. Stüardessa həyəcan düyməsini basıb”, - deyə videonun müəllifi izah edib.

Nəqliyyatda Polis İdarəsindən bildirilib ki, terror aktı barədə qəsdən yalan məlumat verilməsi faktı ilə bağlı ibtidai istintaqa başlanılıb.

Qazaxıstan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq digər məlumatlar açıqlanmır.

“Gözlənilən terror aktı haqqında bilə-bilə yalan məlumat vermək 18 milyon 460 min tenge məbləğində cərimə, eyni miqdarda islah işləri və ya beş ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır”, – Cinayət Məcəlləsinin müvafiq müddəasında deyilir.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
50
musavat.com

10Mənbələr