AZ

Gürcüstanda milli parkda baş verən yanğının söndürülməsinə helikopterlər cəlb edilib

Gürcüstanda Borjomi-Xaraqauli Milli Parkı ərazisində baş verən yanğının söndürülməsinə dörd helikopter cəlb edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə yerində təcili qərargah yaradılıb. Ərazi pilotsuz uçan aparatı vasitəsilə izlənilir.

Qeyd edək ki, yanğınlar qurumuş ağacların çox olduğu qayalıq ərazilərdə başlayıb və hazırda meşənin aşağı örtüyü yanır. Bu mərhələdə yanğının məskunlaşma olan ərazilərə keçməsi təhlükəsi yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
report.az

2Mənbələr