AZ

Bayden Rusiyanın Poltavaya hücumunu sərt qınadı

ABŞ prezidenti Co Bayden Rusiyanın Poltavaya həyata keçirdiyi hücumu sərt şəkildə qınayıb və ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini bəyan edib.

Bizimxeber.az bildirir ki, Ağ Evin yaydığı bəyanatda Bayden, Rusiya diktatoru Vladimir Putinin azad xalqın iradəsini qırmaq cəhdlərinin faciəvi xatırlatması olduğunu vurğulayıb.

Bayden hücumu “kədərli” və “ən sərt şəkildə qınanmalı” bir hadisə olaraq təsvir edib.

O, həmçinin ABŞ-ın Ukraynanın hava hücumundan müdafiə sistemlərini gücləndirmək və ölkəni qorumaq üçün lazım olan imkanları təmin etməyə davam edəcəyini bildirib. Prezident, Ukraynanın müharibədə qalib gələcəyini və Rusiya'nın müharibəni udmayacağını vurğulayıb.

Sentyabrın 3-də Poltavaya edilən hücumda iki ballistik raket hərbi institut və yaxınlıqdakı xəstəxananı vurub. Hücum nəticəsində 51 nəfərin öldüyü, 219 nəfərin yaralandığı bildirilir. ABŞ-ın milli təhlükəsizlik sahəsindəki müşaviri Con Kirbi, Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün daha çox yardım vəd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
bizimxeber.az

1Mənbələr