AZ

Milli Qəhrəman Fəxrəddin Nəcəfovun anım günüdür

4 sentyabr Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Fəxrəddin Vəliyəddin oğlu Nəcəfovun anım günüdür.

Missiya.Az xəbər verir ki, 1967-ci il mart ayının 31-də Bakı şəhərində doğulub.

Şəhidimiz 1984-cü ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirib. 1985–1987-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olub. 1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanıb, 1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinin komandiri təyin edilib.

F. Nəcəfov 1992-ci il sentyabr ayının 4-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il fərmanı ilə ona "Azərbaycan Milli Qəhrəmanı" adı verilib.  Qəhrəmanımız Şəhidlər Xiyabanında dəfn edilib.

Qeyd edək ki, Bakı şəhəri 266 nömrəli tam orta məktəb Milli Qəhrəmanın adını daşıyır.

Allah rəhmət eləsin!

Zərintac MayisqızıMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
missiya.az

1Mənbələr