AZ

Ukraynaya edilən ümumi Avropa yardımıqiymətləndirildi

Son on ildə Avropa İttifaqı (Aİ) ölkələrindən Ukraynaya verilən ümumi maliyyə yardımı azı 126 milyard avro təşkil edib.

Redaktor.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Rusiya Federasiyasının Brüsseldəki daimi nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb.

Diplomatlar 2022-ci ilin əvvəlindən yuxarıda göstərilən məbləğin böyük hissəsinin Ukraynaya köçürüldüyünü açıqlayıblar. Onlar vurğulayıblar ki, daha əvvəl Aİ rəsmiləri Kiyevə pulsuz subsidiyalar, 5,6 milyard avro kredit, 194 milyon avro humanitar yardım və 355 milyon avro Aİ-nin digər maliyyə alətləri vasitəsilə Kiyevə köçürüb.

Belə ki, 2014-cü ildən 2021-ci ilə qədər Aİ Ukraynaya ümumilikdə təxminən 7,85 milyard avro məbləğində maliyyə yardımı köçürüb.

Ukraynada hərbi əməliyyatlar başlayandan Aİ səlahiyyətliləri Kiyevə verilən subsidiyaların həcmini xeyli artırıb. Rusiyanın Brüsseldəki diplomatik missiyasının nümayəndələri 2022-ci ilin fevral ayının sonundan bu günə kimi respublikaya ümumilikdə 118,3 milyard avro vəsaitin köçürüldüyünü açıqlayıb. Bu məbləğin böyük hissəsi maliyyə yardımından əldə edilib - 57 milyard. Avropa səlahiyyətliləri 43 milyarddan çox hərbi dəstək göndərib.

Sevinc İBRAHİMZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
22
redaktor.az

10Mənbələr