AZ

Polşa Hərbi Hava Qüvvələri Rusiya aviasiyasının aktivliyinə cavab olaraq hərəkətə keçib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Polşa, Rusiya strateji aviasiyasının fəaliyyətinə cavab olaraq döyüş təyyarələrini havaya qaldırıb. Bu məlumat Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı tərəfindən yayımlanan açıqlamada bildirilib. Açıqlamada, Polşa hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə belə addımların atıldığı vurğulanıb. Komandanlıq, həmçinin, ölkənin cənub-şərq bölgələrində hərbi aviasiyanın fəallığı səbəbindən səs-küy səviyyəsinin artacağı barədə xəbərdarlıq edib. 

Xatırladaq ki, buna oxşar hadisə sentyabrın 2-də də baş vermişdi. Rusiya Müdafiə Nazirliyi isə rus təyyarələrinin uçuşlarının beynəlxalq hava məkanından istifadə qaydalarına tam uyğun şəkildə həyata keçirildiyini bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
olaylar.az

1Mənbələr