AZ

“Rusiya müharibədə qalib gəlməyəcək” - Bayden

“Ötən gün Rusiya Poltavaya iki ballistik raketlə hücum edib və nəticədə 50-dən çox insan həlak olub. Lakin buna baxmayaraq, Rusiya bu müharibədə qalib gəlməyəcək”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

"Mən bu kədərli hücumu ən sərt şəkildə qınayıram", - deyə siyasətçi vurğulayıb.

Bayden qeyd edib ki, iki il yarımdır ki, Ukrayna xalqı möhkəm dayanıb və ABŞ onları zəruri olan imkanlarla təmin etməyə davam edəcək.

“Bu müharibədə Rusiya yox, Ukrayna xalqı qalib gələcək”, - deyə Ağ Ev rəhbəri əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
missiya.az

1Mənbələr