"Borussiya" (Dortmund) futbolçusu Sebastyan Alleni icarəyə verib.
“İki sahil” xəbər verir ki, 30 yaşlı hücumçu İspaniyanın "Leqanes" klubuna keçib.
La Liqa təmsilçisi Alle ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Fil Dişi Sahilindən olan futbolçu ötən mövsüm "Borussiya"nın heyətində 19 matçda iştirak edib və 3 qol vurub.