AZ

“Yaxşı ki, mənimsən...” - Torreyradan sevgilisinə - Foto

“Qalatasaray”ın uruqvaylı ulduzu Lukas Torreyra yeni barışdığı aktrisa sevgilisi Devrim Özkanı ad günü münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, o, birgə fotolarını paylaşaraq bunları qeyd edib:

“Ad günün mübarək, həyatımın eşqi. Yaxşı ki, mənimsən. Səninlə hər anımız özəldir. Səni sevirəm”.

Həmçinin Torreyra Antalyada istirahət etdiyi sevgilisinə dostları ilə birgə surpriz ad günü təşkil edib.

Qeyd edək ki, 2022-ci ildən birlikdə olan cütlük 2024-cü ilin yanvarında ayrılmışdı.








Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
18
qafqazinfo.az

10Mənbələr