AZ

Sərnişin avtobusu AŞDI: Xeyli sayd a yaralı var

Türkiyədə 20-dən çox insanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az "Anadolu"ya istinadla xəbər verir ki, hadisə Sivas-Ərzincan yolunda baş verib.

Belə ki, C.K.-nın idarə etdiyi 02 KD 571 dövlət nömrəli sərnişin avtobusu aşıb. Nəticədə 24 nəfər yaralanıb.

İmranlı Rayon Xəstəxanasına çatdırılan yaralıların həyati təhlükəsinin olmadığı öyrənilib.

Məlumata görə, sürücü ötmə zamanı idarəetməni itirdiyindən avtobus aşıb.

Murad Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
29
bakivaxti.az

10Mənbələr