AZ

"Hizbullah" İsrailə raket və dronlarla HÜCUM ETDİ

Şiə "Hizbullah" hərəkatı İDF-nin ( İsrail Müdafiə Qüvvələri ) Yuxarı və Qərbi Qalileydəki mövqelərinə kamikadze pilotsuz təyyarələr və idarə olunan raketlərdən istifadə edərək hücum edib.

Publika.az xəbər verir ki, bu barədə TASS hərəkatın media resurslarına istinadla məlumat yayıb.

Hərəkatın məlumatına görə, hücumlar Avivim, Ərəb əl-Aramşe, Birket Rişa, Manara, Hanitha, Sammaka və əl-Assi bölgələrində İsrail hərbçilərini hədəf alıb. Hücumlar İsrail Hərbi Hava Qüvvələrinin Livan yaşayış məntəqələrini atəşə tutmasına cavab olaraq xarakterizə edilib.

Kfar Şuba yüksəkliklərində İDF-nin komanda məntəqəsi və radar stansiyası vurulub, yanğınlar qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
1
publika.az

1Mənbələr