AZ

Krıma desant cəhdinin iştirakçısı 20 il azadlıqdan məhrum edildi

Rusiya məhkəməsi ötən il Krıma desant çıxarılmasında iştirak etmiş Ukrayna Müdafiə Nazirliyinin Ukrayna Hərbi Baş Kəşfiyyat İdarəsinin hərbçisi Aleksandr Lyubası 20 il müddətinə azadlıqdan məhrum edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb.

Bildirlir ki, Rostov-Don Cənub Dairə Hərbi Məhkəməsi Ukrayna əsgəri Aleksandr Lyubası Rusiya tərəfindən ilhaq edilmiş Krım sahillərinə enməyə cəhd etdiyi üçün 20 il həbs cəzasına məhkum edib.

Rusiya Federasiyası Lyubasın Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin "xüsusi təyinatlı dəstəsinin üzvü” olduğunu iddia edir.

İşğalçılar onu "sərhədi qanunsuz keçmək, silah saxlamaq və qaçaqmalçılıq etmək, terror aktları törətmək və terror fəaliyyəti məqsədi ilə təlim keçmək” ittihamı ilə "məhkum ediblər”.

Alpər
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
qaynarinfo.az

1Mənbələr