AZ

Rus turist işgəncə ilə öldürüldü

Tailandın Pxuket adasında xəndəkdə işgəncə verilərək öldürülmüş rusiyalının meyiti aşkarlanıb.

Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, öldürülən şəxsin 27 yaşlı rusiyalı İlya Orlov olduğu müəyyən olunub.

Məhkəmə-tibbi ekspertiza zamanı məlum olub ki, Orlov təxminən 12-24 saat əvvəl öldürülüb. Onun bədənində işgəncə izləri aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini öyrənmək üçün araşdırmalara başlayıb. Ehtimal olunur ki, rus başqa yerdə hücuma məruz qalıb, sonra isə xəndəyə aparılıb.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
teleqraf.com

1Mənbələr