AZ

"Borussiya"nın hücumçusu La Liqa klubunda

"Borussiya"nın hücumçusu Sebastien Haller karyerasını İspaniyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi 30 yaşlı futbolçunu "Leqanes"ə icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fil Dişi Sahili millisinin üzvü olan forvard 2024/2025 mövsümünü La Liqa təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, "Borussiya" Sebastien Halleri 2022-ci ilin yayında "Ayaks"dan transfer edib. Təcrübəli oyunçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

saytlarin hazirlanmasi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
sportal.az

1Mənbələr