AZ

ABŞ Maduronun təyyarəsini ələ keçirib

Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamada Venesuela prezidenti Nikolas Maduronun xarici səfərləri üçün adətən istifadə etdiyi təyyarənin ələ keçirildiyi bildirilib.

Nazirlik bildirib ki, təyyarə ABŞ-ın tətbiq etdiyi sanksiyalara zidd olaraq cəbhə şirkəti vasitəsilə alınıb və daha sonra Venesuelaya aparılıb.

Maduronun “prezident təyyarəsi” kimi istifadə etdiyi bu təyyarənin Dominikan Respublikasında ələ keçirilməsinin seçkilərdən sonra ABŞ və Venesuela arasında onsuz da gərgin olan münasibətləri daha da çətinləşdirəcəyi gözlənilir.

3-CÜ DƏFƏ SEÇİLDİ, ABŞ BUNU QƏBUL ETMƏYƏN MÜXALİFƏTİ DƏSTƏKLƏDİ

İyulun 29-da açıqlanan nəticələrə görə, Maduronun 51,20 faiz səslə üçüncü dəfə prezident seçildiyi açıqlanıb. Lakin müxalifət koalisiyasının namizədi Edmundo Qonzales və müxalifət lideri Maria Korina Maçado seçkinin nəticələrini qəbul etməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
aznews.az

1Mənbələr