AZ

İssuf Paro “Araz-Naxçıvan”da

Futbol üzrə Burkina Faso milli komandasının mərkəz müdafiəçisi İssuf Paro bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Paro bu gün tibbi “Araz-Naxçıvan”ın düşərgəsində tibbi müayinədən uğurla keçib. 29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

İssuf Paro peşəkar karyerasına Burkina Fasonun “Etual Filant” klubunda başlayıb. 2015-2017-ci illər aralığında Cənubi Afrika Respublikasının “Santos” klubunda legioner həyatı yaşamış müdafiəçi 2017-ci ildə Fransaya üz tutub. O, 2021-ci ilə qədər bu ölkənin “Nyor” klubunda çıxış edib. 2022-ci ildə isə “Konkarno” klubu müdafiəçini heyətinə qatıb. Müdafiəçi bu komandanın heyətində 29 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Fransa klubu bu yay onunla yollarını ayırdığı üçün İssuf özünə yeni iş yeri axtarmaq məcburiyyətində qalmışdı.

Paro 2015-ci ilin may ayında debüt etdiyi Burkina Faso yığmasının heyətində 10 oyun keçirib.

“Araz-Naxçıvan” bu yay Karlos Jatoba, Bernardo Oliveyra Dias, Felipe Santos və Ramon Maçado kimi legionerləri də heyətinə qatmışdı. Yerli oyunçulardan isə Ürfan Abbasov, Ülvi İsgəndərov, Ömər Buludov, Tərlan Əhmədli, Turan Vəlizadə, Bəxtiyar Həsənalızadə, və Slavik Alxasov bu komandaya cəlb olunub.

Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriqes, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço Kuzmanoviç isə klubla yeni müqaviləyə imza atıblar.

Zamiq Əliyev, Abdulla Rzayev, İldar Ələkbərov, Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Məhəmməd Kadiri, Elvis Maşike, Nicat Süleymanov və Orxan Əliyev də komandanı tərk ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
arena.az

1Mənbələr