AZ

Erməni xəyanəti – 40 türk şəhidi yad edildi

915-ci ildə Sivasın Hafik mahalının Çınarlı kəndində erməni həkimin iynə ilə zəhər vurması nəticəsində şəhid olan 40 türk əsgərinin məzarı ziyarət edilib.

KONKRET.az xəbər verir ki, 1915-ci ildə Sarıqamış əməliyyatına dəstək üçün Merzifondan Ərzuruma gedən Osmanlı ordusundan bir batalyon türk əsgəri qışın şiddətli keçməsi səbəbindən Çınarlı kəndində qalır.

Bu zaman bir çox hərbiçi xəstələnir. Erməni həkim isə onları sağaltmaq adı ilə əsgərlərə zəhər vurur. Bu zaman bütün hərbiçilər şəhid olur. Ardınca isə həkim də öldürülür.

Onların dəfn olunduğu yerdə isə xatirələrinə abidə ucaldılıb. Kənd əhalisi mütəmadi şəhidlərin məzarlərini ziyarət edib, ruhlarına dualar oxuyurlar.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
konkret.az

1Mənbələr