AZ

Burkina fasolu müdafiəçi "Araz-Naxçıvan"la anlaşdı

“Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İssouf Paro bu gün tibbi müayinədən keçib və onunla 1 illik müqavilə imzalanıb.

Burkina Fasodan olan 29 yaşlı mərkəz müdafiəçi karyerasına vətənində “Ouagadougou” klubunda başlayıb və müxtəlif illərdə Cənubi Afrikanın “Santos”, Fransanın “Çamois Niort”, “Concarneau” komandalarında çıxış edib.

Naxçıvan təmsilçisi bu yay Urfan Abbasov, Ülvi İsgəndərov, Ömər Buludov, Tərlan Əhmədli, Turan Vəlizadə, Karlos Jatoba, Bəxtiyar Həsənalızadə, Bernardo Oliveira Dias, Felipe Santos, Ramon Maçado və Slavik Alxasovu da heyətinə cəlb edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
20
sportinfo.az

10Mənbələr