Türkiyədə sərhədi qanunsuz keçməyə cəhd edən 20 nəfər tutulub.
Missiya.Az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Tutulanlardan 2-nin İŞİD, 1-nin isə PKK/KCK terror təşkilatı üzvü olduğu müəyyən edilib.
“Ölkəmizdən Bolqarıstana, Suriyadan isə ölkəmizə qanunsuz keçməyə cəhd edən 20 nəfər sərhəd qoşunlarımız tərəfindən yaxalanıb”,-deyə məlumatda qeyd olunub.Leyla SƏMƏNDƏRMissiya.Az